“Sumqayıt” yarımmüdafiəçi Roman Hüseynov və hücumçu Səid Rza ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.